Türkmənistanda Qapalı və Döyüş Sənəti Oyunları keçiriləcək

9 Yanvar, 19:05

Türkmənistanın Azərbaycandakı səfirliyində ötən il noyabrın 26-27-də Aşqabadda keçirilmiş Dayanıqlı Nəqliyyat üzrə Qlobal Konfransa dair mətbuat konfransı keçirilib.

VOİCEPRESS-in apa-ya istinadən məlumatına görə, səfirliyin birinci katibi Batır Rəcəbov bildirib ki, tədbirdə dövlət, hökumət və parlament başçıları, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov və BMT-nin o zamankı baş katibi Pan Gi Mun iştirak edib. Konfransın yekununda Aşqabad bəyannaməsi qəbul olunub.

Bəyannamədə qeyd olunub ki, dayanıqlı nəqliyyat inklüziv inkişafın və yerli, regional və dünya bazarlarına çıxışın əsasını təşkil edir. Səfirliyin 1-ci katibi Batır Rəcəbov bildirib ki, konfransda nəqliyyatın bütün növlərinə dair müzakirələr təşkil olunub: “Bəyannamədə nəqliyyatın inkişafı üçün maraqlı olan bütün tərəflərin birgə işləməsinə çağırış edilir. Sənəddə ekoloji məsələlər, nəqliyyatın təhlükəsizliyi ilə bağlı məsələlər də öz əksini tapıb”.

Mətbuat konfransında Türkmənistanın yaxın vaxtlarda daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcəyi açıqlanıb. Sentyabrın 17-27-də Aşqabadda Qapalı və Döyüş Sənəti Oyunları keçiriləcək. Hazırda oyunların keçirilməsi ilə bağlı plan hazırlanır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here