Türkiyədə məscidin talvarı çökdü: yaralılar var

0
314635

Uçqun altında qalan insanların olduğu deyilir.

VOİCEPRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda təcili yardım brqadaları cəlb edilib.

İstanbulda başda şəhid cənazələri olmaqla, xeyli sayda cənazə namazının qılındığı Ataköy 5. Kısım Məscidi, Türkiyənin ən böyük talvar sisteminə sahib idi. Çökən talvarın vətəndaşların qarlı və yağışlı havada çətinlik çəkməmələri üçün hazırlandığı deyilir.

İlkin məlumata görə, məscidin talvarının uçması nəticəsində 10 nəfər yaralanıb.
Xilasetmə dəstələri uçqunun altında qalanların olması ehtimalı ilə axtarış tədbirlərini davam etdirilər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here