Türkiyədə dünyanın ən uzun asma körpüsü tikiləcək

0
313589

Türkiyədə Dardanel boğazı üzərində yeni “Çanaqqala-1915” körpüsünün tikintisinə 24 şirkət maraq göstərib.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bu rəqəmi Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhmət Aslan açıqlayıb.

Onun sözlərinə görə, şirkətlər arasında türk şirkətləri ilə yanaşı Yaponiya, Çin, Cənubi Koreya və İtaliya şirkətləri də var.

Nazir deyib ki, yeni körpünün tikintisi martın 18-i başlayacaq. Körpünün 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.

Uzunluğu 2023 metr təşkil edən körpü dünyanın ən uzun asma körpüsü olacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here