Türkiyənin paytaxtı Ankaranın Çukurambar rayonunda yaşayış binasında yanğın baş verib.
VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 30 nəfər xəsarət alıb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğının səbəbi araşdırılır.
VOİCEPRESS.AZ