Türkiyə və İsrail arasında 7 ildən sonra ilk siyasi məsləhətləşmə keçiriləcək.
VOİCEPRESS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məsləhətləşmə fevralın 1-də Ankarada keçiriləcək.
Hər iki ölkə qarşılıqlı əlaqələri və səfərləri maksimum şəkildə normallaşdırmağa çalışır.
Bu həftə Türkiyə hökumətinin nazirlərindən birinin də İsrailə səfəri gözlənilir.
Qeyd edək ki, 2010-cu ildə “Mavi Mərmərə” hadisəsindən sonra korlanan Türkiyə-İsrail əlaqələri 2016-cı ilin iyulunda münasibətlərin normallaşdırılması ilə bağlı imzalanan razılıqdan sonra yenidən yaxşılaşmağa başlayıb.
VOİCEPRESS.AZ