Türkiyə qırıcıları Suriyada 11 İŞİD-çini məhv etdi

11 Yanvar, 12:26

Türkiyə Hərbi Hava Qüvvələri “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın şimalındakı Əl-Bab şəhərində terrorçuların mövqelərinə zərbə endirməkdə davam edir.

VOİCEPRESS xəbər verir ki, bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verir.

Zərbələr İŞİD terror təşkilatına məxsus 12 məntəqəyə endirilib. Nəticədə 11 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatı ötən ilin avqustundan aparılır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here