Türkiyə qırıcıları Şimali İraqda əməliyyat keçirib

25 Yanvar, 08:30

Əməliyyat zamanı PKK terror təşkilatına aid bir çox hədəf məhv edilib

Türkiyə Silahlı Qüvvələrinə (TSK) aid Hərbi Hava Donanmasının qırıcıları Şimali İraqda yerləşən terror hədəflərinə qarşı hava əməliyyatı keçirib.

VOİCEPRESS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Türkiyə Baş qərargah idarəsinin rəsmi internet saytında yayılıb.

Məlumatda bildirilir ki, əməliyyat vaxtı PKK terror təşkilatına aid bir çox hədəf məhv edilib.

“Qərargaha daxil olan məlumatın dəyərləndirilməsi nəticəsində 18.12 – 20.18 saatları arasında Şimali İraqdakı Avaşin, Basyan, Qara, Zap və Hakruk bölgələrində hava əməliyyatı keçirilib. Hərbi Hava Donanmasının keçirdiyi əməliyyatda daldalanacaq kimi istifadə olunan mağara və sığınacaqla silah anbarlarından ibarət separatçı terror təşkilatına aid 12 hədəf məhv edilib. İşlərini uğurla başa vuran qırıcılarımız sağ-salamat hərbi bazalarına qayıdıblar”, – deyə Baş Qərargahın bəyanatında bildirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here