Paylanın 1915-ci il hadisələri barədə “soyqırım” sözünü işlətməsi parlamentdə gərginliyə səbəb olmuşdu.
Türkiyə Böyük Millət Məclisində (TBMM) konstitusiya dəyişikliyinə dair müzakirələr zamanı təxribat törədən erməni millət vəkili cəzalandırılıb.
VOİCEPRESS-in məlumatına görə, parlamentin iclas zalında çıxış edərək 1915-ci il hadisələri barədə “soyqırım” sözünü işlədən Qaro Paylana 3 iclaslıq uzaqlaşdırılma cəzası verilib.
Qeyd edək ki, TBMM-də konstitusiya dəyişikliyi təklifinin 11-ci maddəsi müzakirə edilərkən çıxış üçün söz istəyən Paylanın 1915-ci il hadisələri barədə “soyqırım” sözünü işlətməsi parlamentdə gərginliyə səbəb olmuşdu.
TBMM-nin vitse-spikeri Əhməd Aydın isə Paylanın sözünü kəsərək, “Bu millətin məclisidir. Burada milləti yaralayacaq ifadələr işlətmək olmaz” – demişdi.
VOİCEPRESS.AZ