Türkiyə Ordusundan İŞİD-ə ağır zərbə: 48 ölü

9 Yanvar, 10:51

Suriyanın şimalının böyük hissəsi terrorçulardan tamamilə təmizlənib

VOİCEPRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Suriyada İŞİD terrorçu qruplaşmasına növbəti dəfə ağır zərbə vurub.
Türkiyə SQ Baş Qərargahının yaydığı məlumatda qeyd olunur ki, hava və quru əməliyyatları zamanı Suriyada İŞİD terror qruplaşmasının 48 üzvü öldürülüb.

Türkiyə Ordusu Suriyanın şimalından terrorçuları təmizləmək üçün bu ilin avqust ayından “Fərat qalxanı” adlı hərbi əməliyyatlara başlayıb.

Azad Suriya Ordusunun da iştirak etdiyi əməliyyatlar zamanı , təhlükəsizlik bəpra edilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here