Dekabrın 31-də “İstanbulda “Reina” gecə klubunda 39 nəfərin ölümü, 66 nəfərin yaralanması ilə nəticələnən terror aktından sonra şübhəli Əbdülqədir Maşaripovun axtarışları davam etdirilir.
VOİCEPRESS-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, terrorçu bu gün “Bağçılar” metrostansiyası yaxınlığında görünüb. Buna görə də Bağçılar-Kirazlı dayanacağı bağlanıb, metroda qatarların hərəkəti dayandırılıb.
Əraziyə polis heyəti sövq edilib. Axtarışlar aparıldıqdan sonra metro yenidən fəaliyyətə başlayıb.
Atatürk hava limanının girişində də təhlükəsizlik tədbirləri gücləndirilib.
Məsələylə bağlı bir nəfərin saxlanıldığı bildirilir.
VOİCEPRESS.AZ