Türkiyə aprel şəhidinə həsr olunmuş filmi göstərdi-VİDEO

30 Yanvar, 16:10

Aprel döyüşlərində şəhid olan əsgərimiz Əbdülməcid Axundov haqqında çəkilmiş film Türkiyədə nümayiş olunub.

VOİCEPRESS xəbər verir ki, bu barədə femida.az -a filmin rejissoru və ssenari müəllifi olan Nigar İsmayılqızı məlumat verib. Onun sözlərinə görə, sənədli filmin təqdimatı Türkiyənin Bursa vilayətində “Ördekli Kültür Merkezi”ndə baş tutub. Filmin nümayişində Bursada yerləşən başqa şəhərlərin də mədəniyyət rəhbərləri iştirak edib. Bursa Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri Handan Askeran Ton gecədə çıxış edərək belə bir filmin xarici ölkələrdə də nümayiş etdirməyin vacibliyindən danışıb.

Gecədə, həmçinin müəllifi Nigar İsmayılqızı olan “Bakıdan İstanbulacan və dönüş” kitabının da imza günü olub. Türkiyədə yaşayan azərbaycanlılar yeni nəşr olunan kitabla tanış olublar.

Şəhid Əbdülməcid Axundova həsr olunmuş ” Ölsəm …Yaşat” filmini təqdim edirik:

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here