ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putinin telefon danışığının bəzi detalları ortaya çıxıb.
VOİCEPRESS musavat.com-a istinadən xəbər verir ki, tərəflər ABŞ-ın Rusiyaya qoyduğu sanksiyalardan danışmayıblar.
Verilən məlumata görə, hər iki ölkə lideri bu mövzudan yayınmağa çalışıb. Bildirilir ki, Tramp vəzifəyə gəldikdən sonra sanksiyaların aradan qaldırılmayacağına dair açıqlama verməsə də, İŞİD-ə qarşı Rusiya ilə əməkdaşlıq ediləcəyini elan etmişdi.
Qeyd edək ki, Trampın Rusiya ilə yaxından əməkdaşlıq etməsi ABŞ rəsmiləri tərəfindən sərt qarşılanmışdı.
VOİCEPRESS.AZ