Trampın müsəlmanlarla bağlı fərmanı təxirə salındı

29 Yanvar, 15:00

Nyu-York federal məhkəməsi ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan edən fərmanın icrasını müvəqqəti təxirə salıb.

VOİCEPRESS bildirir ki, qafqazinfo-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, qərara əsasən, hava limanlarında saxlanılan şəxslər öz ölkələrinə göndəriləcəklər.

Federal məhkəmənin hakimi Ann Donnelli fərmanın qarşısı alına bilməyəcək zərərə səbəb olacağını bildirərək Amerikaya girişlərinə məhdudiyyət qoyulan ölkələrin vətəndaşlarının müvəqqəti olaraq ABŞ-da qalması ilə bağlı qərar verib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here