Trampın andiçməsində Azərbaycanı o təmsil edəcək

11 Yanvar, 15:28

Yanvarın 20-də keçiriləcək ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya mərasiminə Azərbaycandan kimin gedəcəyi məlum olub.

VOİCEPRESS qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ-ın diplomatik protokol qaydalarına əsasən, andiçmədə iştirakı üçün heç bir dövlətə rəsmi dəvət göndərilmir. Qaydalara uyğun olaraq, hər bir ölkənin ABŞ-dakı diplomatik nümayəndəsi inauqurasiyaya dəvətlidir. Azərbaycanı da mərasimdə ölkəmizin ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov təmsil edəcək.

Qeyd edək ki, ABŞ prezidentlərinin bütün inauqurasiyaları ənənəvi və dəyişməz proqramla həyata keçirilir. Adətən prezidentin çıxışını onun bu işlər üzrə köməkçisi yazsa da, Tramp əvvəlcədən bəyanat verərək onların xidmətindən imtina etdiyini və çıxışını özü yazacağını bildirib.

İlkin hesablamaya görə, andiçmə yeni prezidentə 200 milyon dollara başa gələcək. Belə ki, təkcə təhlükəsizlik üçün həmin gün 100 milyon dollar sərf olunacaq.

Donald Tramp tvitter hesabında yazaraq bütün tərəfdarlarının yanvarın 20-də Vaşinqtona gələcəyinə ümid etdiyini bildirib: “Bu, böyük şou olacaq”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here