Tramp: “Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli nəticələrə səbəb olub”

16 Yanvar, 11:17

ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tpamp Rusiyanın Suriya münaqişəsinə müdaxilə etməsini mənfi qiymətləndirib.

VOİCEPRESS xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın “The Times” və Almaniyanın “Bild” qəzetlərinə müsahibəsində deyib.

D.Tramp bildirib ki, Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli humanitar vəziyyətin yaranmasına səbəb olub: “Bu, çox pisdir. Dəhşətdir. Hələbdə dəhşətli humanitar durum yaranıb”.

D.Tramp əlavə edib ki, ABŞ-ın Suriyada hansısa addım atmaq imkanı var idi, lakin artıq çox gecdir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here