Bununla bağlı ABŞ Prezidenti fərman imzalayacaq
ABŞ prezidenti Donald Trampın bu gün immiqrasiya və müsəlman ölkələrindən olan miqrantlara dair fərmanlar imzalayacağı gözlənilir. VOİCEPRESS xəbər verir ki, bu barədə “Reuters”ə vəziyyətlə yaxından məlumatlı olan mənbələr bildirib.
Məlumata görə, Trampın qeyd olunan fərmanları Daxili Təhlükəsizlik Nazirliyində imzalayacağı planlaşdırılır.
Ekspertlərin məlumatına görə, fərmanlarda İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəməndən olan qaçqınların və vizası olan şəxslərin ABŞ-a girişinə məhdudiyyətlərin qoyulması nəzərdə tutulub.
VOİCEPRESS.AZ