ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp kibertəhlükəsizlik sahəsi üzrə xüsusi əlaqələndirici müəyyənləşdirib.
VOİCEPRESS lent.az-a istinadən xəbər verir ki, respublikaçıların tanınmış simalarından olan sabiq Nyu York meri Rudolf Culiani prezident yanında kibertəhlükəsizlik məsələləri üzrə koordinator vəzifəsini tutacaq.
“Culiani kibertəhlükəsizlik məsələləri və bu sahədə problemlərin həlli ilə bağlı üzrə öz təcrübələrini və dəyərləndirmələrini bölüşəcək”, – deyə rəsmi açıqlamada bildirilir.
D. Trampın qərargahından deyiblər ki, yeni seçilmiş prezident müasir texnologiyaların sürətli inkişafı və kibertəhlükəsizliyin önəminin artması fonunda bu istiqamət üzrə səylərin gücləndirilməsinin əhəmiyyətini başa düşür.
VOİCEPRESS.AZ