Tramp: “Gedin avokadolarınızı yeyin!”

27 Yanvar, 19:47

“Pulu ödəməyəcəksənsə Vaşinqtona gəlmə”.

ABŞ prezidenti Donald Trump, Meksika sərhədinə divar hörülməsi ilə bağlı sərəncamı imzaladı.

VOİCEPRESS-in “CNNTürk”ə istinadən verdiyi xəbərə görə, prezident nəhəng divarın xərcini, Meksikadan ixrac olunan məhsullara 20 faiz vergi qoyaraq qarşılamağı planlaşdırır. Bu, ilk növbədə avokado və tako kimi Meksika məhsullarını istehlak edən Amerika vətəndaşlarını narahat edib.

Qeyd edək ki, Donald Trampla Meksika prezidenti arasında, sərhəddə inşa ediləcək divarla bağlı yaşanan gərginlik onsuz da davam edirdi. Mübahisəyə səbəb, divarın xərclərini kimin qarşılayacağıdır. Tramp, xərci Meksika ödəyəcək deyincə, Meksika buna etiraz edib. Tramp da Meksika prezidentinə “Pulu ödəməyəcəksənsə Vaşinqtona gəlmə” deyib və o pulu Meksikadan başqa yollarla almağın yolunu tapıb. Beləliklə də, Vaşinqton, Meksikadan idxal edilən mallara 20 faiz vergi qoyub.

Trampın bu qərarına ən çox avokado yeyən amerikalılar reaksiya verib. Onlar sosial mediada prezidentə atəş püskürüblər. Amerikanın avokado ehtiyacının 80 faizini Meksikanın qarşıladığını xatırladan bir istifadəçinin etdiyi zarafat da vəziyyətin ciddiliyini ortaya qoyur. “Amerikalılar, son avokadolarınızı yeyin”

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here