ABŞ-ın yeni prezidenti Donald Tramp mühafizə xidmətinin məsləhətlərini qulaqardına vuraraq əvvəlki mobil telefonundan istifadə etməyə davam edir.
VOİCEPRESS The New York Times-a istinadən bildirir ki, 70 yaşlı Tramp Samsung Galaxy S3 telefonunu dəyişmək niyyətində deyil. ABŞ-ın Məxfi Xidmətinin (Secret Services) ekspretlərinin təkidli, israrlı “məsləhət”lərinə rəğmən, prezident Android əməliyyat sistemi əsasında çalışan köhnə, adi smartfonundan əl çəkmək niyyətində deyil.
ABŞ-ın sabiq prezidenti Barak Obama ilk prezidentlik dönəmində modifikasiya edilmiş BlackBerry mobil telefonunu işlədirdi. Bu telefonun funksiyalarının əksəriyyəti bağlanmışdı. Daha sonra Obama telefonunu dəyişmiş, iPhone-dan istifadə etməyə başlamışdı.
VOİCEPRESS.AZ