Tramp Almaniya kanslerinin miqrasiya siyasətindən narazıdır

16 Yanvar, 08:27

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətini tənqid edib.

VOİCEPRESS-in xəbərinə görə, bu barədə D.Tramp “Time” qəzetinə müsahibəsində deyib.

“Mən onunla şəxsən tanış deyiləm. Düşünürəm ki, Merkel böyük siyasətçidir. Buna baxmayaraq hesab edirəm ki, Merkel miqrantları ölkəyə buraxmaqla fəlakətli səhvə yol verib”, deyə D.Tramp bildirib.

Qeyd edək ki, 2015-ci ildə Almaniyaya 890 min miqrant gəlib. 2016-ci ildə 280 min miqrant Almaniyada sığınacaq almaq üçün ölkənin Federal Qaçqın və Köçkünlər Dairəsinə (BAMF) müraciət edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here