Tramp Ağ Evi “mavi”lərdən təmizlədi

0
314258

ABŞ-ın yeni prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayandan sonra Ağ Evin rəsmi saytında gey və lesbiyanların təşkilatı LGBT və iqlim dəyişikliyi ilə bağlı bölmələr yığışdırılıb

. LGBT-yə həsr edilmiş səhifə daha əvvəl cinsi azlıqların hüquqlarının müdafiəsinə təşəbbüslərlə bağlı nəzərdə tutulurdu.

VOİCEPRESS xarici KİV-ə istinadən xəbər verir ki, artıq saytda, ümumiyyətlə, LGBT abbreviaturası xatırlanmır.

İqlim dəyişikliyi haqqında informasiyanın yerinə isə ölkənin energetika sektorunun yaxşılaşması ilə bağlı Donald Trampın planı təqdim edilib. Dərc edilmiş materiallara əsasən, yeni prezident Barak Obamanın təşəbbüslərinin reallaşdırması məqsədi ilə daxil edilmiş nizama salmanı ləğv etməyə hazırlaşır.

Daha əvvəl Tramp dövlət tibbi sığorta sistemi “Obamacare”nin qismən ləğvi haqqında fərman imzalayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here