Türkiyədə 6 müəllim həbs edilib.
VOİCEPRESS bildirir ki, bu barədə Milliyet.com saytında xəbər yer alıb. Məlumata əsasən, Mardin əyalətinin Kızıltepe rayonunda PKK terror təşkilatının çağırışına uyaraq dərslərə girməyən və sosial şəbəkədə PKK-nın təbliğatını aparan 15 müəllim Kəzəltepe prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılıb.
Belə ki, onların yaşadığı ünvanlara eyni zamanda basqın edilib və müəllimlər polis idarəsinə aparılıb. Məhkəməyə çıxarılan müəllimlərin 6-sı haqqında həbs qəti-imkan tədbiri seçilib. 9 müəllim isə məhkəmə zalından sərbəst buraxılıb.
VOİCEPRESS.AZ