Macarıstanda qadın jurnalist tərbiyəsizliyinə və yolverilməz davranışına görə həbs edilib.
VOİCEPRESS “milliyet”ə istinadla bildirir ki, Petra Laszlo 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, o, ölkəyə gələn və Almaniyaya keçməyə çalışan miqrantlarla polis arasındakı qarşıdurmadan reportaj hazırlayarkən çəkilişi daha maraqlı etmək üçün suriyalı miqranta təpik vurub. Qucağında övladını tutmuş orta yaşlı suriyalı miqrant da yıxılıb.
Macarıstandakı N1TV telekanalının jurnalisti Petra Lazlonun bu əməli yolverilməz sayılıb.
N1TV telekanalı Macarıstandakı ifrat sağçı “Yobbik” partiyasına məxsusdur. Bu partiya antimiqrasiya siyasətinin gücləndirilməsini tələb edir.
VOİCEPRESS.AZ