Rusiyanın “Qazprom” şirkətinin Transadriatik qaz kəməri (TAP) vasitəsilə qaz nəql etmək planları Azərbaycan qazının Avropaya ixracına təsir etməyəcək.
VOİCEPRESS xəbər verir ki, bunu trend-ə TAP-ın kommunikasiya şöbəsinin rəhbəri Liza Givert deyib.
Onun sözlərinə görə, TAP Azərbaycan qazının 25 il müddətinə Avropaya nəqli üzrə öhədlik götürüb.
O deyib: “TAP “Şahdəniz-2” yatağından hasil olunan qazın nəql olunmasının tərəfdarıdır. İlkin olaraq ildə 10 milyard kubmetr qaz Yunanıstan və Albaniyadan keçməklə İtaliyaya nəql olunacaq. TAP Cənub-Şərqi Avropaya qaz tədarükünün diversifikasiyası baxımından Avropa üçün strateji əhəmiyyət daşıyır”.
Qeyd edək ki, ötən gün “Qazprom” rəhbərliyi Avropaya qaz tədarükü üçün “Poseidon” və TAP boru kəmərlərindən istifadənin mümkünlüyü barədə müzakirələrin getdiyini bildirmişdi.
VOİCEPRESS.AZ