Tamella Arzumanyan: “Azərbaycan hakimiyyəti, bizi quldur Ermənistan hökumətindən xilas edin!”
Bu sözləri Tamella Arzumanyan Yenil il ərəfəsində öz Facebook səhifəsində yazıb. Və bu yazılardan dərhal sonra o, əri ilə birlikdə Ermənistanın milli təhlükəsizlik xidmətinə çağırılıb , fiziki və mənəvi təzyiqlərə məruz qalıb.
VOİCEPRESS xəbər verir ki, sosial şəbəkələrdə aktiv olan daha bir Ermənistan vətəndaşı pozulmuş hüquqlarının bərpa olunması üçün son ümid olaraq, Azərbaycan hakimiyyətinə müraciət edib.
“Mən və ailəm Azərbaycana qayıtmaq və Ermənistanın quldur hakimiyyətindən xilas olmaq istəyirik”. Qeyd edək ki, bu sözləri 54 yaşlı Ermənistan vətəndaşı, müəllimə Tamella Arzumanyan öz facebook səhifəsində yazıb.
Əldə etdiyimiz məlumata görə, Tamella Arzumanyan əslən azərbaycanlı olduğunu vurğulayıb. Onun dediyinə görə, Tamella Arzumanyanın ailəsi, həyat yoldaşı və qızı Ermənistan hakimiyyəti tərəfindən ağır təqibin qurbanı olub. Bundan əlavə, müraciətin müəllifi Azərbaycan hakimiyyətinə müraciət edir ki, Ermənistan-Azərbaycan sülh platforması yaradılması təşəbbüsünü xüsusi maraqla izləyir və qrup iştirakçılarını ürəkdən dəstəkləyir.
Tamella Arzumanyanın müraciəti – 27 dekabr 2016-ci ildə yeni il ərəfəsində onun facebook səhifəsində dərc olunsa da, təqibə məruz qalan bir qadının imdadı bu gün də, sosial şəbəkədənin ən müzakirə edilən mövzusuna çevrilib.
Belə ki, Ermənistanda təqibə məruz qalan qadının müraciətindən sonra, o əri ilə birlikdə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə çağırılıb, fiziki və mənəvi təzyiqlərə məruz qalıb, yazdığı yazının dərhal silməyi tələb edilib. Erməni hakimiyyətinə xas olaraq, onun balaca qızının müalicəsinə ayrılan pulun verilməyəcəyi ilə qadını təhdid edərək, yazdığı yazıların silinməsi tələb edilib. Amma buna baxmayaraq Arzumanyan, daha kəskin və emosional çağırışla çıxış edib.
“Ermənistan hakimiyyəti niyə düşünmür ki, ölkəsinin sakinləri, vətəndaşları, həmçinin Dağlıq Qarabağın erməni icmasının nümayəndələri öz hakimiyyətindən yox, düşmən hesab etdiyi Azərbaycan hakimiyyətindən kömək diləyir?!
Tələb edirəm ki, Sarkisyan hakimiyyəti qonşu Azərbaycana qarşı öz işğalçılıq siyasətindən əl çəksin!”
Bundan əlavə, Tamella Arzumanyan böyük ruh yüksəkliyi ilə ermənistan-azərbaycan sülhməramlı qrupuna qoşlmağa hazır olduğunu qeyd edib.
Və beləliklə Ermənistan vətəndaşlarından Tamella Arzumanyan 8-ci adam olur ki, erməni və azərbaycan sülhməramlılarının sülh təşəbbüsünü dəstəkləyib.
Aysel İsgəndərova
VOİCEPRESS.AZ