İstanbulda qarlı və şaxtalı hava davam edəcək, məktəblərdə tətil elan olunub

9 Yanvar, 19:00

İstanbulda qarlı və şaxtalı hava şəraiti sabah da davam edəcək.

VOİCEPRESS-in “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Meteorologiya Baş İdarəsi İstanbulda yağan qarın günorta saatlarından sonra intensivləşəcəyini, gecə saatlarına qədər davam edəcəyini açıqlayıb.

Hazırda İstanbulun müxtəlif yerlərində qarın qalınlığı 10 sm-dən 1 m 22 sm-ə qədər dəyişir. İstanbulun Qartal rayonunda qar örtüyünün qalınlığı 10-15 sm, Çatalca-Subaşında isə 1 m 22 sm-dir. Gecə saatlarına qədər əlavə olaraq 10-15 sm hündürlükdə qarın düçməsi proqnozlaşdırılır.

Eyni zamanda sabah səhər saatlarında Mərmərə bölgəsində sürəti saatda 50-75 km-ə çatan fırtına gözlənilir. Fırtına sabah axşam saatlarından etibarən dayanacaq.

Qarlı, şaxtalı və fırtınalı hava şəraiti ilə əlaqədar sabah İstanbul, Çanaqqala, Balıkəsir və Yalovada məktəblərdə tətil elan olunub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here