İstanbulun Anadolu Hisarında bir restorana silahlı hücum təşkil edilib.
VOİCEPRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir nəfərin öldüyü və yaralıların olduğu bildirilir.
İddiaya görə, bir şəxs 12 il əvvəl atasını öldürdüyü şəxslə qarşılaşınca silaha əl atıb.
Atasının qatilini ağır yaralayan şəxsin hadisədən sonra təslim olduğu deyilir.
Atışma zamanı bəzi müştərilərin də bu çaxnaşmada yaralandığı deyilir.
Yaralılar Kavacık Medistate Xəstəxanasına çatdırılarkən cinayətkarın qisasını aldığı şəxs dünyasını dəyişib.
VOİCEPRESS.AZ