SOCAR Türkiyədə yeni yanacaqdoldurma şəbəkəsi yarada bilər

23 Yanvar, 13:26

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə yeni yanacaqdoldurma şəbəkəsinin yaradılması və ya “Petrol Ofisi”nin əldə olunması prosesi uğurla başa çatmasa, digər şirkətin alışı imkanına baxacaq.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu “SOCAR Turkey”in baş direktoru Zaur Qəhrəmanov “Sabah” qəzetinə müsahibəsində deyib.

Z.Qəhrəmanov bildirib ki, “Petrol Ofisi”nin əldə olunması SOCAR üçün ən münasib variantdır: “Lakin sövdələşmə baş tutmasa, bizim digər variantlarımız da var. Biz digər şirkətin alışı və ya Türkiyədə yeni yanacaqdoldurma şəbəkəsinin yaradılması ilə bağlı danışıqlara başlaya bilərik”.

Onun sözlərinə görə, SOCAR Türkiyədə 18 milyard planlaşdırılıan investisiyadan artıq 9,5 milyard sərmayə yatırıb:

“SOCAR hər il “Petkim” neft-kimya kompleksinə təqribən 150 milyon dollar investisiya qoyur. Əgər bu investisiyaları həyata keçirməsək, bizim bazarda iştirakımız 17 faizdən 10 faizədək azalacaq”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here