Almaniya prezidenti Yoahim Qauk Frank-Valter Ştaynmayeri xarici işlər naziri vəzifəsindən azad edib.
VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, xarici işlər nazirinin səlahiyyətlərini Sosial-Demokrat Partiyasının sədri, sabiq iqtisadiyyat naziri Ziqmar Qabriel icra edəcək.
Bundan başqa, ədliyyə naziri Briqitta Sipris də vəzifəsindən azad edilib. O, yeni iqtisadiyyat naziri olacaq.
VOİCEPRESS.AZ