Şəhər və qəsəbələrin planlaşdırılması ilə bağlı sənədə dəyişiklik edildi

17 Yanvar, 17:33

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Dövlət Şəhərsalma Norma və Qaydaları.

Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” adlı normativ sənədinə dəyişiklik edib.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, dəyişiklikdə məqsəd normativ sənədin tələblərinin təkmilləşdirilməsidir.

Sənədə edilən yeni əlavəyə görə, ərazidən istifadənin intensivliyi yaşayış tikintisinin sıxlığı və ərazinin tikinti faizi ilə səciyyələnir. Yaşayış zonaları ərazilərinin tikinti sıxlığı və tikinti faizi ərazinin şəhərsalma baxımından əhəmiyyəti, ətraf mühitin vəziyyəti, şəhərsalma şəraitinin digər xüsusiyyətləri nəzərə alınmaqla şəhərsalma reqlamentinə uyğun qəbul edilməlidir.

Sənədə görə, yaşayış tikintisinin sıxlığı yaşayış binasının yerüstü mərtəbələlərinin ümumi sahəsinin planlaşdırılan ərazinin sahəsinə olan nisbətidir (min kv.m/ha).

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here