İşdən qovulan qalmaqallı yol polisinə yeni vəzifə

26 Yanvar, 11:23

Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan və “Beko Rəşad” kimi tanınan yol polisi əməkdaşının işdən azad olunması barədə məlumat vermişdik.

VOİCEPRESS avtosfer.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsində komandir vəzifəsindən azad edilən Rəşad Nağıyev artıq yeni vəzifəyə təyin edilib. Amma bu dəfə yol-patrul xidmətinə yox, post-patrul xidmətinə təyinat alıb.

Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Rəşad Nağıyev bundan sonra Xəzər Rayon Polis İdarəsinin post-patrul xidmətində işləyəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here