Serbiyanın Azərbaycandakı səfiri Mərkəzi Elmi Kitabxanaya kitab hədiyyə edib

314660

Serbiya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Neboysha Rodich AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib.

VOİCEPRESS xəbər verir ki, səfir MEK-in Sərgi salonu ilə, burada 20 Yanvara həsr olunmuş sərgi ilə tanışlıqdan sonra Akademiklər zalında diplomatik korpuslar üçün ayrılmış guşəyə baş çəkib. Səfir Serbiya üçün ayrılmış guşədə yerləşdirilmiş kitablarla tanış olub.
MEK-in direktoru Leyla İmanova Serbiya səfiri Neboysha Rodichi kitabxanada görməkdən məmnun olduğunu ifadə edib. O, birgə əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Direktor, səfiri kitabxana ilə yaxından tanış edib və kitabxananın fəaliyyəti barədə ətraflı məlumat verib.
Səfir Neboysha Rodich Serbiya Respublikası üçün ayrılmış bölməyə görə kitabxana rəhbərliyinə təşəkkürünü bildirib. Səfir Serbiyaya dair bir neçə kitabı direktor Leyla İmanovaya təqdim edib. Səfir bildirib ki, Serbiya Səfirliyi hər zaman Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlıq etməyə hazırdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here