Sarkisyan: “Aprel savaşı göstərdi ki…”

29 Yanvar, 15:07

Sarkisyan ordu günü ilə bağlı müraciətində bir daha 2016-cı ilin aprelindən baş verən Dördgünlük müharibəni xatırladıb.



VOİCEPRESS-in axar.az-a istinadən məlumatına görə, dördgünlük savaşın xofundan çıxa bilməyən və hər dəfə özünə təsəlli verməyə cəhd göstərən Sarkisyan müharibənin Qarabağın taleyini həll etməyəcəyini bildirib.
“Aprel savaşı bir daha göstərdi ki, düşmən (Azərbaycan nəzərdə tutulur – red) müharibə ilə istəyinə nail olmayacaq. Çünki Qarabağın həlli yolu müharibədən keçmir”, – erməni prezident bildirib.
Bunun ardınca isə Dağlıq Qarabağ ətrafında ordunun gücü ilə 26 il əvvəl ərazilərin işğal olunduğunu etiraf edib və bunu “təhlükəsizlik zonası” adlandırıb.

Xatırladaq ki, Dördgünlük müharibə zamanı Lələtəpə yüksəkliyi də daxil olmaqla, Azərbaycan strateji əhəmiyyət daşıyan yüksəklikləri işğaldan azad etdi və Cocuq Mərcanlı kəndi erməni təhdidindən xilas oldu. Bu savaşda Ermənistan 350 əsgər itirdi və 500 əsgəri yaralandı. Azərbaycan Ordusu qısa müddətdə ərazilərini işğaldan azad etməyə qadir olduğunu bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin sərəncamı ilə artıq işğaldan azad olunan Cocuq Mərcanlı kəndində məskunlaşma başlayıb. İlham Əliyevin bu sərəncamı Ermənistanda panika yaradıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here