Rusiya Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazasına “Nebo-M” radiolakasiya kompleksi yerləşdirib.
VOİCEPRESS-in istipress-ə istinadən məlumatına görə, yeni kompleks Rusiyaya Azərbaycan, Gürcüstan və Türkiyə üzərində nəzarət etməyə imkan verəcək. Türkiyə mətbuatı xəbəri Rusiyanın İncirlikdəki ABŞ hərbi bazası üzərində nəzarət qurması kimi təqdim ediblər.
Azərbaycan Müdafiə Nazirliyinin sabiq əməkdaşı, polkovnik leytenant Üzeyir Cəfərov İstiPress-ə müsahibəsində Gümrüyə yerləşdirilmiş “Nebo-M” radiolakasiya kompleksinin Azərbaycan üçün çox təhlükəli olduğunu bildirib:
“Nəzər alsaq ki, Rusiya Ermənistanı əsas hərbi tərəfdaşı seçib, həmçinin KTMT çərçivəsində vahid hava məkanına malikdirlər, bu silah Azərbaycan üçün həddindən qorxuludur. O daha əvvəlki analoji silahlardan 2 dəfəyə qədər güclüdür. 250-300 kilometr məsafədə hədəfi müəyyən edib izləməyə və zərərsizləşdirməyə imkan verir”.
Düzdür, Azərbaycan da bunun qarşısında boş dayanmır və bu, postsovet məkanı şərhçilərinin də diqqətindən yayınmayıb. “Rosbalt”ın şərhçisi İrina Corbanedze məsələyə həsr etdiyi məqaləsində bu silahın Ermənistanın Qarabağda status-kvonu saxlamasına elə də böyük dəstək verməyəcək:
“Nə olursa olsun, heç bir zəmanət yoxdur – keçən ilin aprelində baş vermiş “dördgünlük müharibəni” xatırlamaq yetərlidir: Onda Rusiya müharibəni dayandıra bildi. Amma indiki militarizasiya səviyyəsində bunu edə biləcəyinə inam azdır. Ekspertlər qeyd edir ki, Azərbaycanın təkcə Rusiya və İsraillə bağlanmış hərbi sazişləri 10 milyard dolları keçir, yeni sazişlərin anaonsu da artıq verilib. Bu “sərvətin” yalnız anbarda saxlanmaq üçün alındığına inanmaq çətindir”.
VOİCEPRESS.AZ