Rusiyanın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Kadakin bu gün səhər saatlarında vəfat edib.
VOİCEPRESS RİA Novosti-yə istinadən bildirir ki, 68 yaşlı səfir bir neçə gün əvvəl kəskin ürəktutması diaqnozu ilə hospitala yerləşdirilmişdi.
Əvvəllər Rusiyanın Nepal və İsveçdəki diplomatik nümayəndələrinə başçılıq etmiş A.Kadakin 2009-cu ilin noyabrından bəri Hindistanda səfir idi.
VOİCEPRESS.AZ