Rusiya ABŞ-ın yeni prezidenti Donald Trampın “İslam dövləti” (İŞİD) terror qruplaşmasına qarşı mübarizənin prioritet olacağı haqqındakı fikrini bölüşür.
VOİCEPRESS-in xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. O qeyd edib ki, bu məsələdə Rusiya beynəlxalq effektiv əməkdaşlığa bel bağlayır.
“Donald Tramp dəfələrlə İŞİD-ə qarşı mübarizənin prioritet olacağını deyib. Biz belə yanaşmanı tamamilə bölüşürük”-deyə Lavrov söyləyib.
VOİCEPRESS.AZ