Rusiya bu ölkəni belə bölmək istəyir

27 Yanvar, 19:50

Rusiya XİN-in rəhbəri Sergey Lavrov Suriya müxalifətinin nümayəndələri ilə görüşdü.

Suriya müxalifəti Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə gələcək Suriya konstitusiyası ilə bağlı Rusiyanın təkliflərini müzakirə ediblər.

VOİCEPRESS-in “Tass”a istinadən verdiyi xəbərə görə, müxaliflər Rusiyanın təkliflərini natamam hesab edirlər. Lakin onlar bu təkliflərin baza rolunu oynaya biləcəyini də istisna etməyiblər.

Suriya müxalifəti beynəlxalq danışıqlarda vahid nümayəndə heyəti ilə təmsil olunmaq fikrindədir. Bu məsələ də Sergey Lavrovla görüşdə əsas müzakirə mövzusu olub.

Lavrovla Suriya müxalifətinin görüşü 2 saat davam edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here