30 nəfərin qətlində daha bir nəfərin iştirak etdiyi bəlli olub
Yeni il gecəsi İstanbulun ən böyük gecə klublarından olan”Reina”ya silahlı basqın edərək 39 nəfərin ölümünə səbəb olan terrorçunun sorğusu davam edir. VOİCEPRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Abdulqadir Maşaripovun sorğusunda dedikləri terror aktı ilə bağlı yeni detalları üzə çıxarıb.
Maşaripovla birlikdə 50 İŞİD-çı da polis tərəfindən saxlanılıb. Polis bu zamana kimi “Reina” hücumunda 3 nəfərin yaxından iştirak etdiyini bilirdi. Lakin indi 4-cü şəxsin olduğu da üzə çıxıb. Hazırda həmin şəxsin axtarışı aparılır.
Məlumata göə, həmin şəxs dekabrın 29-da – terror aktından 5 gün öncə Rakkadan gələn və Maşaripovun görüşdüyü şəxsdir.
Xatırladaq ki, yeni il gecəsi əsl hədəf Taksim meydanı olub. Lakin terrorçu meydanda təhlükəsizlik tədbirlərinin yüksək olduğunu gördükdən sonra ona əmr verən İŞİD əmiri ilə danışıb və hədəfi gecə klubuna dəyişib. Klubun içinin videosu Maşaripova Raqqadan göndərilib. Planı əzbərlədikdən sonra o kluba daxil olub və qarşısına çıxan hər kəsi güllələyərək oradan yaralı adı ilə qaça bilib. Qətliamı törədən şəxs 16 gün sonra tapılıb.
“Reina” qətliamı günü İstanbulda iki partlayış olmalı idi. Lakin ikinci akt baş tutmayıb.
Özbəkistanlı Abdulqədir Maşaripov İŞİD Əfqanıstanda uyğur, özbək, qazax, qırğız, azərbaycanlı, türkmən və dağıstanlılar üçün xüsusi birliyində təlim keçdikdən sonra Türkiyəyə göndərilib.
VOİCEPRESS.AZ