“Reina” terrorçusundan qandonduran ifadə – hədəf Taksim idi

18 Yanvar, 08:37

Yeni il gecəsi “Reina” gecə klubunda bayramı qeyd edən 39 nəfəri qətlə yetirən terrorçu Abdulqadir Maşaripovun ilk ifadəsi bəlli olub.

VOİCEPRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, əslində terrorçu bayram günü gecə klubunda deyil, başqa bir ərazidə terror planlaşdırıb. O, İŞİD əmirindən Taksim meydanında terror əmri alıb.
“Taksimə getdim. Amma təhlükəsizlik tədbirləri çox idi. Mənə təlimat verən şəxslə yenidən təmasa keçdim. Bölgədə yeni hədəf axtarmağımı istədi. Sahildə taksi ilə dövrə vurdum. “Reina” uyğun idi. Rakkadakı şəxsdən soruşdum. O da qəbul etdi”.

Əfqanıstandakı “Əl Qaidə”nin düşərgəsində təlim görən, sonradan İŞİD-a keçən terrorçu hücumu necə törətdiyindən də bəhs edib.

“Ötən il Suriyadakı savaşa qatılmağımla bağlı təlimat aldım. Bunun üçün İrandan keçərək Türkiyəyə gəldim. Konyada məskunlaşdım. Bu zaman Rakkadan yeni il günü terrorla bağlı təlimat gəldi. Taksimdə kəşfiyyata çıxdım, görüntüləri göndərdim. Amma orada tədbirlər çox idi. Terror etmək mümkün görünmürdü. “Reina”da qətliam qərarından sonra evə gəldim, silahı alaraq yenidən kluba getdim və hücumu reallaşdırdım”.
İstanbul kəşfiyyat və terrorla mübarizə şöbəsinin iki həftə izləyərək yaxaladığı terrorçu Maşaripov Konyadan İstanbula terror törətmək məqsədi ilə dekabrın 16-da gəlib. Qətliamdan sonra yaralı kimi klubdan çıxıb. Bir neçə taksi dəyişərək restoranda çalışan tanışlarından birinin yanına gedib. Bir gün sonra iraqlı iki nəfər onu yaxalandığı evə aparıb.

Terrorçu ilə ilk təmas qətliamdan bir gün sonra qurulub. Belə ki, yol polisi onun olduğu maşını saxlayıb və Maşaripovu tanıyıb. Sənəd tələb edildikdə maşın qəfildən hərəkət edərək qaça bilib. Polisin izlədiyi maşın sonradan atılmış vəziyyətdə tapılıb.

Terrorçunun Esenyurtda qaldığı ev 3 gün izlənilib. 39 nəfərin qatili ilk öncə qaçmağa çalışıb. Lakin bunun mümkün olmadığı görüb.

A.Maşaripov yanvar ayının 1-də onlarla insanın əylədiyi gecə klubuna daxil olaraq qarşına çıxanları güllələyib. Daha sonra isə qarışıqlıqdan istifadə edərək hadisə yerindən qaçıb. Ölənlər arasında azərbaycanalı qadın da olub.

Özbək əsilli terrorçunun Türkiyəyə ailəsi ilə birlikdə ötən ilin əvəllərində gəldiyi müəyyən edilib. Bir neçə ay Konyada yaşayan ailə dekabrda İstanbula köçüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here