Yeni il gecəsi İstanbulun gecə klubu “Reina”da 39 adamı qətlə yetirən terrorçu Esenyurtda tutulub. Yatağın altına girən terrorçu qarşıdurma olmadan canlı olaraq ələ keçirilib.
VOİCEPRESS “Haberler”ə istinadla bildirir ki, terrorçu tutulduqdan sonra baş verənlər kameralara düşüb. Polislərin əməliyyatdan sonra bir-birini qucaqla maları diqqət çəkib.
Qeyd edək ki, terrora görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
VOİCEPRESS.AZ