“Recep İvedik 5” qalmaqalına deputat da cavab verdi

0
314644

“Mən oradakı şişirdilmiş dialoq və səhnələrdən narahatam”

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Necdət Ünüvar “Recep İvedik 5” filmində yer alan türk və azərbaycanlı boksçuların döyüş səhnəsinə görə narahat olduğunu bildirib.

VOİCEPRESS
“Habertürk”ə istinadən xəbər verir ki, deputat, Şahan Gökbakar və filmin yaradıcı heyətinə həmin səhnənin çıxarılması üçün məktub yazacağını deyib:

“Filmdə bir boks səhnəsi var. Orada dialoq və mübarizə əks olunur. Mən oradakı şişirdilmiş dialoq və səhnələrdən narahatam. Fraqmenti izləyən Azərbaycandakı dostlarım mənimlə əlqə saxlayaraq narazılıqlarını bildiriblər”.

Millət vəkili iki ölkə arasında mövcud münasibətlərə toxunaraq bildirib ki, bir film səhnəsi ilə dostluğumuz pozula bilməz: “Nə üçün hər hansı filmdə bir-birimizi narahat edəcək dialoq, epizod olmalıdır? Məqsədiniz güldürmək ola bilər, bəlkə buna bir-iki nəfər gülə də bilər, amma təəssüf hissi keçirənlərin sayı daha çoxdur.

Azərbaycanlı idmançı çempion olunca, türk tamaşaçılar Azərbaycan bayrağını dalğalandırmaqdan, türk idmançı çempion olanda da azərbaycanlı tamaşaçılar da Türkiyə bayrağını dalğalandırmaqdan sevinc duyarlar. Bizim öyrəşdiyimiz səhnə budur”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here