İspaniyanın “Real Madrid” klubu loqosunda dəyişiklik edəcək.
VOİCEPRESS reuters-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi Yaxın Şərqdə satılacaq klub məhsullarının (geyim və s.) üzərindəki loqonun üst hissəsində yer alan xaç simvolunu yığışdırır.
Buna səbəb klubun Birləşmiş Ərəb Əmirliyinin “Marka” adlı şirkətinin ərəb ölkələrində klub məhsullarının istehsalı, satılması və paylanılması hüququnu almasıdır.
VOİCEPRESS.AZ