İranda Rəfsəncaninin vəfatı ilə bağlı 3 günlük matəm elan olunub

9 Yanvar, 11:41

İranda Məsləhət Şurasının sədri, sabiq Prezident (1989-1997-ci illər) ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar üç günlük matəm elan olunub.

Bu barədə VOİCEPRESS IRNA agentliyinə istinadən məlumat verir.

Həmçinin İran hökuməti ayətullahın dəfni ilə əlaqədar yanvarın 9-nu qeyri-iş günü elan edib.

Qeyd edək ki, 82 yaşlı Rəfsəncani yanvarın 8-də Tehran xəstəxanasında ürək çatışmazlığından dünyasını dəyişib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here