İran Çinlə birgə sənaye parkı tikəcək

10 Yanvar, 18:06

İran və Çin Hörmüzgan əyalətinin Cask liman şəhərinin cənub hissəsində birgə sənaye parkı yaradacaqlar.

VOİCEPRESS-in İran KİV-nə istinadən verdiyi məlumata görə, bunu əyalətin qubernatoru Casem Caderi deyib.

Onun sözlərinə görə, sənaye parkı İranın özəl sektorunun iştirakı ilə 2000 hektar sahədə inşa olunacaq.

Qubernator əlavə edib ki, 31 milyon dollar investisiya tələb edən bu park İranda ilk birgə sənaye parkı olacaq.

Qeyd edək ki, İran hakimiyyəti Caskı neft ixracı üzrə iqtisadi və sənaye mərkəzinə çevirməyi planlaşdırır.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here