Yanvarın 5-də BMT baş katibi Antoniu Quterreş və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş baş tutacaq.
VOİCEPRESS-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin nümayəndəsi Fərhan Haq bildirib.
“Təsdiq edə bilərəm ki, bu görüş sabah keçiriləcək”, F.Haq deyib. BMT baş katibinin nümayəndəsi görüşün detalları barədə əlavə məlumat verməyib.
VOİCEPRESS.AZ