Qurani-Kərimin kəskin bəyanları

31 Yanvar, 08:49

Qurani-Kərim insanlığı səadətə tərəf hidayət edən İlahi bir kitab kimi insanların qəlbini nurlandırır və pis əməllərdən çəkindirir. Quranın nəzərində bəzi pis əməllər vardır ki, onlara görə kəskin bəyanlar verir və ondan uzaq olmağa dəvət edir. Bu əməlləri tanıyaq:

1. Satan zaman malı az vermək, yəni satışda fırıldaq etmək. “Vay halına əskik satanların! O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar, Onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər. Məgər onlar güman etmirlərmi ki, (haqq-hesab üçün) dirildiləcəklər, Böyük bir gündə?!”. (“Mutəffifin” 1-5).
Bu insanlar ona görə hədəyə məruz qalırlar ki, özlərinə qıydıqlarını başqalarına qıymırlar. Özlərinə qıymadıqlarını başqalarına qıyırlar. VOİCEPRESS deyerler.org-a istinadən bildirir ki, başqaları ilə elə rəftar edirlər ki, onlarla o cür rəftar edilməsini istəməzlər. Bəzi təfsirçilərin nəzərinə görə, əskik satanlar deyildikdə hər bir fərdi, ictimai və İlahi vəzifələrdə səhlənkarlıq edənlər nəzərdə tutulur. Əgər insan öz vəzifələrinə düzgün əməl etmirsə, bu hədəyə o da məruz qalacaqdır. (Erfan)
2. Əxlaq xataları. Eyib axtarmaq, mala tamah göstərmək və hədəfi itirmək, qeybət etmək, məsxərə etmək və s. o əxlaqi xatalardandır ki, Allah onları bəyənmir və kəskin şəkildə məzəmmət edir. “Həqiqətən Allah heç bir dəstə üçün (mövcud) olanı (nemət və firavanlığı, yaxud bəla və çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud itaət və fasiqliyi) dəyişdirməyincə dəyişdirmir”. (“Rəd” 11).
Yəni, insan küfrə və əxlaqi rəzil sifətlərə üz döndərməyənəcən, Allah hər kəsə nemət əta edir. Bu, insandır ki, öz pis əməlləri ilə İlahi lütfdən məhrum olur. “Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun. Bir-birinizdə eyib axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!”. (“Hucurat” 11).
3. Dünya sevgisi. Elə bir zamanda yaşayırıq ki, çox sayda insan gizli pərdə arxasında sərvət toplamaq və qüdrət əldə etmək üçün yanlış yollara üz tutur və axirətlərini məhv edirlər. Bütün bunların səbəbi dünya sevgisidir. Əgər dünyaya olan iştahalarını bir qədər azaltsaydılar, mənəviyyata diqqət edə bilərdilər. “Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bəzənmək, bir-birinizə öyünmək və mal-dövlət və övladda bir-birinizi üstələmək(dən ibarət)dir. Necə ki, yağışın (yetişdirdiyi yamyaşıl) bitkiləri əkinçiləri heyrətə salar, sonra solar və onu saralmış görərsən və daha sonra quruyub sınar. Axirətdə (Allaha qarşı üsyankarlıq edənlər üçün) ağır əzab və (itaətkarlar üçün) Allahın bağışlaması və razılığı vardır. Dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir”. (“Hədid” 20).
4. Əlimizdə olanların qədrini bilməmək. İnsan gərək insanlığının və əlində olanların dəyərini və qədrini bilsin. Allahın ona nə qədər tövfiq verdiyinə diqqət etsin. Əgər əlində olanların qədrini bilsə, dindarlığın və azadlığın da qədrini biləcəkdir. Əks halda naşükürlük edər və Allahın qəzəbinə səbəb olar. “Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: “Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir””. (“İbrahim” 7).

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here