Hazırda respublika ərazisində qarlı-şaxtalı hava şəraiti hökm sürür.
VOİCEPRESS xəbər verir ki, Quba rayon icra başçısı yanında Fövqəladə komissiyanın sədri Yusif Abidov modern.az-a açıqlamasında deyib ki, Qubada yağan qarın hündürlüyü 25 santimetrə çatıb:
“Qar yağsa da, rayonda vəziyyət normal şəkildə davam edir. Yollara qum, duz səpilib. Qaz, işıq, su verilişində heç bir çətinliyimiz yoxdur”.
Lerik Fövqaladə Hallar Komissiyasının sədri Habil Məlikov da sayta açıqlamasında rayonda güclü qar yağdığını deyib:
“Qarın hündürlüyü təxminən 25 santimetrdən çoxdur. Yollarda vəziyyət normaldır. Lənkəran-Lerik yolu, kəndlərə gedən yollar açıqdır. İşıq, qaz, su sistemində heç bir problem yoxdur. Amma qar yağmağa davam edir”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 26-dan etibarən ayın sonunadək respublika ərazisində havaların kəskin soyuyacağı, qar yağacağı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.
VOİCEPRESS.AZ