Qriqorçuk: “Qəbələ”yə mən yaşda hücumçu lazımdır”

28 Yanvar, 18:53

Premyer Liqanın 15-ci turunda “Qəbələ” “Sumqayıt”la qarşılaşıb 1-1.

VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra Cbc Sport-a verdiyi açıqlamada futbolçulardan narazılığını bildirib:

“Nə qədər qol imkanımız oldu, istifadə edə bilmədik. Başa düşmürəm ki, onlar niyə qol vura bilmirlər. Görünür, ustalıq səviyyələri çatmır. Bunun üzərində işləmək lazımdır”.

Qriqorçuk qış transfer pəncərəsi dövründə yeni hücumçu almalarının mümkünlüyü il bağlı suala belə cavab verib: “Biz də istəyirik alaq. Futbolçulara bəzən zarafatla deyirəm ki, “Qəbələ”yə mən yaşda, 60 yaşda hücumçu axtarıram ki, gəlib sadəcə, qol vursun. Çünki qol vurmaq üçün hər şeyi edirik, amma yekun nöqtəni qoya bilmirik”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here