Bir zamanlar məşhur olmuş brendin “Nokia 6” ilə geri qayıtmağını artıq hamı müzakirə edib.
Elə isə gəlin görək ki, bu brendin ilk mobil cihazı necə olub. 1982-ci ildə “Nokia Mobira Senator” adlı mobil telefon təqdim olunmuşdu. 10 kq ağırlıqlı həmin cihazı, istifadədə rahat və kompakt adlandırmaq olmaz.
VOİCEPRESS technote.az saytına istinadən xəbər verir ki, ilk dəfə sözün əsl mənasında mobil cihaz kimi brend “Mobira Cityman”ı təqdim etmişdi. Bu, 1987-ci ildə baş tutmuşdu. Onun çəkisi isə 780 qram idi. Həmin mobil cihaz həm də ona görə məşhurluq qazanmışdı ki, SSRİ-nin ilk prezidenti olmuş Mixail Qorbaçov-un sayəsində bir çox dünya nəşriyyatlarına düşmüşdü. Belə ki, məhz Qorbaçov sözügedən mobil cihaz vasitəsilə Finlandiyadan SSRİ-nin əlaqələr nazirliyinə zəng etmişdi.
VOİCEPRESS.AZ