30-31 yanvar tarixində Qətərin xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni Azərbaycanda rəsmi səfərdə olacaq.
VOİCEPRESS xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təninin 31 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
VOİCEPRESS.AZ